BaşlıcaSiyasət

ER SQ Baş qərargah rəisi 4-cü və 5-ci hərbi hissələrdə olub

Avqustun 1-də ER Silahlı qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Onik Qasparyan 4-cü  – 5-ci hərbi hissələrdə olub. Bu barədə “Armenpress” ə ER Müdafiə nazirliyinin İnformasiya  və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dövretmə zamanı hərbi hissələrin hazırlıq səviyyəsi, görülən tədbirlər, komandirlərin müxtəlif vəziyyətlərdə hərəkət etmək və bölmələrin əməliyyatlarını istiqamətləndirmək qabiliyyəti yoxlanılıb.

Hərbi hissələrin komandirləri Silahlı qüvvələrin Baş qərargah rəisinə sərhəd bölgəsindəki vəziyyət, şəxsi heyətin fiziki, döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsi  bölmələrin qarşısında duran problemlər barədə məlumat verdilər.

Dövretmənin sonunda sonunda general-leytenant Onik Qasparyan bölmə komandirlərinə müvafiq tapşırıqlar verib.

Daha çox göstər
Back to top button