BaşlıcaSiyasət

Kaliforniyanın qubernatoru erməni məktəbinə qarşı vandalizmi pisləyib

Kaliforniyanın qubernatoru Gevin Nyusom San-Fransiskoda erməni məktəbinə qarşı vandalizmi pisləyib.

“Bu çox iyrəncdir. Kaliforniyada bu cür nifrət nitqinə yer yoxdur”,- deyə qubermator “Twitter” də yazıb.

Kaliforniya qubernator müavini Eleni Kunalakis də hadisəyə reaksiya verdi. O qeyd etdi ki, erməni məktəbinə qarşı hücum Azərbaycanın Ermənistana qarşı son təcavüzü ilə əlaqəli olan nifrət cinayətidir.

“Biz hamımız erməni icmasını dəstəkləməliyik, bu hücumları pisləməliyik və günahkarları da məsuliyyətə cəlb etməliyik”. -deyə o yazıb.

Qeyd edək ki, iyulun 24-nə keçən gecə San-Fransiskodakı erməni məktəbi və erməni icma mərkəzinə qarşı hücum keçirilib.

Daha çox göstər
Back to top button