Başlıcaİctimaiyyət

Rusiyalı azərbaycanlılar ermənilərə qarşı hücum etməkdən imtina etdiklərinə görə təhdidlər alır

Bəzi rusiyalı azərbaycanlılar deyir ki, ermənilərə qarşı hücum etməkdən imtina etdiklərinə görə təhdidlər alırlar. Bu barədə NEWS.am ilə söhbətdə Rusiya Erməniləri Birliyinin sədr müavini German Ananyants deyib.

ONun sözlərinə görə, rusiyalı azərbaycanlılar Azərbaycan rəhbərliyindən bu cür təhdidlər alır: “Bu sübut edir ki, ermənilərə qarşı hücumlar təşkil edilmiş xarakter daşıyırdı. Ermənilərə yeni hücumlar, anti-erməni aksiyalar və ya biznesə ya da alış-verişə maneə törətmə halları qeydə alınmadı. Ancaq, aydındır ki, bizi daima proseslərə daxil etmək istəyirlər. Bu səbəbdən də soydaşlarımızı təxribatlara uymamağa çağırırıq”.

Qeyd edək ki, iyulda Ermənistanla Azərbaycan sərhədində hərbi eskalasiyadan sonra müxtəlif ökələrdə, o cümlədən Rusiyada ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş vermişdi.

Daha çox göstər
Back to top button