Türkiyə parlamentinin keçmiş üzvü Ufuk Uras, Türkiyənin “HaberTürk” kanalında Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması barədə danışıb.
O,bu cür məsələlərin dialoq və dinc danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb.
“Erməni tərəfi Azərbaycanın təcavüzkar olduğunu iddia edir və Azərbaycan bunun əksini iddia edir. Ancaq kimin haqlı və kimin yanlış olduğuna qərar verməyə çalışmaq lazım deyil, problemin sürətli bir həllini tapmaq lazımdır”- deyərək o,xatırladıb ki, daha öncə (2017ci il) o şəxsən Dağlıq Qarabağa getmişdi, ona Azərbaycan çox sərt reaksiya verdi.
“Habertürk” müxbiri Nagehan Allçın əlavə edib ki, özü də eyni reaksiyaya layiq görülüb və eyni reaksiyayla üzləşib və “persona non grata”olaraq tanındığı üçün illərlə Azərbaycana gedə bilmədiyini əlavə etdi. Qeyd edək ki, Alcı 2009-cu ildə Ermənistana, Dağlıq Qarabağa səfər edib.
Uras Azərbaycanın Xarici işlər nazirinin istefasını, eyni zamanda bu ölkədə baş verən nümayişləri təəccüblü saydı:”Bir tərəfdən Bakıda izdihamlı nümayişlər var, digər tərəfdən də səfərbərliyə etiraz edirlər”- deyərək türk siyasi xadim qeyd edib.
“Ancaq unutmamalıyıq ki, ölkəmizdə həm Azərbaycan, həm də Ermənistan vətəndaşı var. Beləliklə, bu nüansları nəzərə alaraq problemin həllini təklif etməliyik. Bizə layiq olan budur”-deyərək Uras əlavə edib.
Verilişin digər qonağı, köşə yazarı Oral Çalışlar, o nöqteyi-nəzəri bildirib ki, Türkiyə erməni-azərbaycan münaqişəsi daxilində bitərəf çıxış etməkdən çəkinməlidir və Azərbaycana o dərəcədə dəstək olmaq əvəzəndə xüsusi problemləriylə məşğul olsa daha düzgün olar..
Türkiyənin hakim və müxalifət partiyalarının birgə bəyanatına toxunmaqla hansıyla ki,Azərbaycana dəstəklərini ifadə edilirdi,yazar qeyd edib:
“Bu partiyalar bu şəkildə birləşə bilirsə, Türkiyənin daxili işləri ilə məşğul olmaq üçün daha yaxşı olar birləşsinlər. Qoy bu birlik güzəştlər, əməkdaşlıq, demokratiya və azadlıqların inkişafı, ölkə daxilində həmrəylik məqsədinə xidmət etsin”.