BaşlıcaSiyasət

Atom Elektrik Stansiyasına vurmaq o qədər də asan deyil: Papikyan

ER-nın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (AEBA) daimi nümayəndəsi, səfir Armen Papikyan “Energy Intelligence” qəzeti ilə söhbətdə deyib ki, Metsamor AES-i hücumdan müdafiə etmək üçün Ermənistanın müvafiq sistemləri vardır.

Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhədində iyulda baş verən döyüşlər zamanı Azərbaycan MN sözçüsü Vaqif Dərgahlı Metsamor AES-i vurmaqla təhdid etmişdi

“Əlbəttə ki, təhlükəsizlik səbəbi ilə bu sistemlərin bütün təfərrüatları açıqlanmır, lakin arxayın ola bilərik ki, Atom Elektrik Stansiyasına vurmaq o qədər də asan deyil, çünki onu güclü və ən müasir Hava Hücumundn Müdafiə sistemləri qoruyur.

Papikyanın sözlərinə görə, Ermənistanın hava sahəsi Rusiya Federasiyasının müvafiq bölmələri ilə birlikdə beynəlxalq razılaşmalara əsasən müdafiə olunur və Metsamor AES-in təhlükəsizliyi həmişə ER hökuməti üçün prioritetdir, çünki bu məsələ bizim əhalimizin təhlükəsizliyi ilə əlaqədardır.

“Belə bir hücumun nəticələrini təsəvvür etmək belə çox çətindir. Çernobıl qəzasının nəticələrini xatırlaya bilərik”,-Papikyan qeyd etdi.

Daha çox göstər
Back to top button