BaşlıcaSiyasət

Erməni Qaçqınlar Platforması: “Bakı erməni qaçqınlarına və onların nəsillərinə kompensasiya ödəməyə borcludur”

Azərbaycan erməni qaçqınlarına olduğu  kimi eləcə də,onların varislərinə təzminat ödəməlidir, kimlər ki, məcburən ev eşiklərini əmlaklarını tərk edib..

Bu yaxınlarda qurulan Erməni Qaçqınlar Platformasının təşəbbüs qrupunun koordinatoru Artur Ğazaryan, News.am ilə  söhbətində Azərbaycandan gələn erməni qaçqınların problemlərinin qanuni həllinə toxunaraq bəyan edib.

Onun sözlərinə görə, Bakı, Kirovabad, Sumqayıt, Sahumyan və Getaşendən olan erməni qaçqınlar öz evlərinə qayıtmağı  xəyallarından belə keçirmir, bununla belə  bugünkü Azərbaycan onların hüquqlarına zəmanət verə bilmir.

“Xatırlatmaq istəyirəm ki, Sovet Azərbaycanda dövlət quran  iki xalq var idi – ermənilər və Qafqaz tatarları kimlər ki, gələcəkdə azərbaycanlılar adlandırıldı.Orada həmçinin tatlar, ləzgilər, kürdlər, dağlıq yəhudiləri və talışlar  yaşayırdı.

 Sovet Azərbaycanı Konstitusiyasının qəbul edilməsindən sonra pasportlarda göstərilən xalqların nümayəndələri, ermənilər və ruslardan başqa, azərbaycanlıları da qeydiyyata almağa başladılar və Azərbaycan SSR daxilində iki muxtariyyət quruldu:

Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağ Muxtar Vilayət (DQR) Üstəlik, amma DQMV-dən yalnız ermənilərin məskunlaşdığı sərhəd bölgələri DQMV-dən kənarda qalmışdı.

Beləliklə, ermənilər Sovet Azərbaycanının dövlət quruculuğunda olan insanlardır və biz yuxarıda sadalananların adı çəkilən şəhərlər və bölgələrdə hamısını yaşamışıq”- deyərək  Ğazaryan qeyd edib..

Ermənistan hakimiyyətinin bütün bu illər ərzində Azərbaycandan gələn qaçqınların hüquqları ilə bağlı məsələni  nə üçün ciddi şəkildə qaldırmadığına dair suala, cavabında Ğazaryan  qeyd edib ki, yüz minlərlə insanın yaşadığı 1988-ci ildə Spitakdakı dağıdıcı zəlzələdən əziyyət çəkən Ermənistanın  haçan ki, yüz minlərlə insanlar evsiz-eşiksiz qalmışdı, sonunculara cavab  verməyi bacardı.

“Düzdür, onların çoxu müxtəlif ölkələrə – Rusiyaya, ABŞ-a, Avropa ölkələrinə getdi və indi bütün dünyaya səpələniblər. Qaçqınlıq məsələsi bir neçə ildən sonra həll edilə bilməz. Mülkiyyət, inteqrasiya və başqa mədəniyyət məsələləri də vacibdir”- deyərək Ermənistan Qaçqınlar Platforması təşəbbüs qrupunun koordinatoru əlavə etdi.

Ermənistan hakimiyyətinin siyasətini necə xarakterizə etdiyini və necə qiymətləndirdiyi sualına cavabda Artur Ğazaryan əmin etdi ki, Ermənistan hakimiyyəti qaçqın və məcburi köçkünlərin problemlərini dinləməyə hazırdır.

“Unutmayın ki, Artsvaşen və Ermənistanın digər sərhəd bölgələrindən olan məcburi köçkünlər də var. Onların haqqında az danışılır. Bizim təşəbbüs göstərdiyimiz Erməni Qaçqınlar Platforması ölkəmizin müxtəlif hakimiyyəti ilə görüşlər planlaşdırıb.

Sonra xarici ölkələrin Ermənistandakı nümayəndəlikləriylə diplomatik görüşlərimiz olacaq.. Biz Dağlıq Qarabağ Respublikasında məsul şəxslərlə görüşlər keçirəcəyik”-deyərək təşəbbüs qrupunun koordinatoru sözlərini yekunlaşdırdı.

Daha çox göstər
Back to top button