Başlıcaİctimaiyyət
Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılıb
Ermənistanda koronavirusa səbəbindən tətbiq edilən fövqəladə vəziyyət rejimini bir ay müddətinə uzadılıb. Bu barədə çərşənbə günü keçirilən brifinqdə ölkənin Baş Nazirinin müavini Tigran Avinyan bildirib.
“Biz qərara gəldik ki, ölkədə fövqəladə vəziyyət rejiminin müddətini bir ay uzadaq. Lakin, bu qərara baxmayaraq, biz ciddi dəyişikliklər edəcəyik və rejimin bəzi detallarına yenidən baxacağıq. Xüsusilə, biz xarici vətəndaşlar üçün ölkəyə gəlmək imkanlarına yenidən baxacağıq, bəzi malların ixracına məhdudiyyətlər aradan qaldıracağıq, həmçinin mitinqlərdə iştirak etmək imkanı məsələsinə yenidən baxacağıq”, – o qeyd edib.
Ermənistanda fövqəladə vəziyyət rejimi martın 14-də tətbiq edilib, son dəfə fövqələdə vəziyyət avqustun 12-dək uzadılmışdı.