BaşlıcaSiyasət

Anti-erməni siyasəti Azərbaycan dövlətinin təməl daşına çəvirilib: ER-nın Küveytdəki səfiri

Küveytin «al-seyassah.com» saytı ER-nın bu ölkədəki səfirliyinin Azərbaycan-Ermənistan sərhədində iyulda baş verən hadisələrinə dair bəyanatını dərc edib.

Bəyanatda deyilir ki, Azərbaycan Ermənistanla beynəlxalq sərhədində atəşkəs rejiminin pozulması faktları, Dağlıq Qarabağ məsələsi barədə yanlış məlumatlar yaymaqda davam edir. Qeyd olunub ki, Azərbaycan mülki əhalini hədəfə alıb və mülki infrastrukturları məhv etməklə təhdid edib. Hermes-900 və digər PUA-lardan istifadə edib, lakin erməni tərəfi bunları məhv edib. Məlumatı regionmonitor yayıb.

“Azərbaycan Suriyadan terrorçuları toplayır və Qafqaza, mülki erməni əhalisinə qarşı göndərir. Azərbaycan və müttəfiqi Türkiyə iyulun sonunda DQ və Ermənistan sərhədinin boyunca genişmiqyaslı təlimlərə başladılar. Buysa, yalnız ER üçün deyil, bütün region üçün təhlükədir. Azərbaycan təcavüzü, BMT Baş katibinin COVİD-19 ilə bağlı bütün dünyada atəşkəsin olmasına dair çağırışlarının və beynəlxalq hüququnun pozuntusudur”,-bəyanatda deyilir.

Səfirlik həmçinin Azərbaycan prezidenti İlham Əliyevin hərbi ritorikasına toxunub:

“Azərbaycanın indiki rəhbərliyi açıq-aydın şəkildə ER torpaqlarına, o cümlədən Syunik və paytaxt Yerevana qarşı öz ambisiyaları barədə bəyan edir. Bu gülməlidir. Anti-erməni siyasəti Azərbaycan dövlətinin təməl daşına çəvirilmişdir”,-bəyanatda qeyd olunur.

Daha çox göstər
Back to top button