Başlıcaİctimaiyyət
Azərbaycanda koronavirusdan ölənlərin sayı 479-a çatıb
Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 144 fakt qeydə alınıb, 435 nəfər müalicə olunub, üç nəfər vəfat edib.
Bu barədə cümə axşamı Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat verib.
Yoluxmuş şəxslərin ümumi sayı 33 247 nəfərdir, sağalanlar 29 275 nəfər, ölənlərin sayı isə 479 nəfərdir.. Sutka ərzində 7 050 test, pandemiya dövründə isə 766 179 test keçirilib.