Başlıcaİctimaiyyət

Çin Ermənistanda “Ağıllı şəhər” inşa etmək üçün 10-15 milyard dollar investisiya qoyacaq

Çin 15 il ərzində Ermənistanda “Ağıllı şəhər” inşa etmək üçün 10-15 milyard dollar investisiya qoyacaq. Müvafiq razılaşma avqustun 6-da Çin Elmlər Akademiyası, Çin tikinti korporasiyalar, Çin bankları və Ermənistanın “ADKARS” İnkişaf və Yenidənqurma Agentliyi arasında imzalandı.

“Ağıllı şəhər” yeni nəsillər üçün bir yaşayış məntəqəsidir. Orada bütün sistemlər yenilikçi texnologiyalarla idarə olunur və əhali üçün ən yüksək həyat səviyyəsini təmin edilir.

Təxminən 15 min əhalisi olan şəhərdə ortaq şirkətlər qurulacaq. Bunlar yeni texnologiyaların inkişafı ilə məşğul olacaq. Şəhərin tikinti laytihəsinin hazırlanma işləri 2021-ci ildə başlanacaq.

Daha çox göstər
Back to top button