Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 33 568-ə çatıb

Azərbaycanda daha 87 nəfərin Covid-19 infeksiyasına yoluxması aşkarlanıb, Nazirlər Kabineti yanında Operativ Qərargah bazar günü bildirib.

Qurumun məlumatına görə, 360 nəfər sağalıb, 2 nəfər vəfat edib.

Bununla da, indiyədək koronavirusa yoluxanların ümumi sayı 33 568 nəfərə çatıb, onlardan 30 364 nəfər sağalıb, 490 nəfər ölüb.

Hazırda aktiv xəstə sayı 2714 nəfərdir. İndiyədək Azərbaycanda 785126 test keçirilib.

Daha çox göstər
Back to top button
Close