Başlıcaİctimaiyyət

Ermənistanda daha 23 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 23 nəfərdə koronavirus aşkarlanıb, 96 nəfər sağalıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 40 433-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 796-yə çatıb. İndiyədək 32 616 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 6 793 aktiv koronavirus xəstəsi var. İndiyədək 176 354 test aparılıb.

Daha çox göstər
Back to top button