BaşlıcaSiyasət

“Nüvə məsələsində atəşlə oynaya bilməzsən” Sargsyanın Azərbaycan təhdidi barədə

Azərbaycan elə göstərmək istəyir guya Ermənistan ərazisindən keçən beynəlxalq infrastrukturlar üçün təhlükəlidir. Bunu Suriyanın nüfuzlu Al-Azmenah qəzetinə müsahibədə Ermənistan-Azərbaycan sərhədində iyulda baş verən döyüşlər barədə danışanda ER prezidenti Armen Sargsyan qeyd edib.

“Azərbaycanın bu infrastrukturları artıq 20 ildir mövcuddur və Ermənistan heç bir zaman bunları məhv etmək niyyətində olduğunu göstərməmişdir. Ermənistan heç bir zaman heç kim üçün təhdid olmadı və olmayacaqdır, çünki biz Soyqırım görmüş, amma sağ qalmışlaarın nəvələriyik”,-prezident qeyd etdi.

Sargsyan narahat olduğunu da bildirib, çünki bütün dünya pandemiyaya qarşı mübarizə aparırkən, bəzilərqeyri-insani əməliyyatlar planlaşdırırlar. Onun sözlərinə görə, ER Silahlı Qüvvələri yüksək döyüş hazırlığını göstərərək iki-üç gündə rəqibin ambisiyalarının qarşısını ala bildi. Beləliklə də, regionumuzu genişmiqyaslı toqquşmaların atəşindən qurtardı.

Prezident həmçinin Azərbaycan rəhbərliyi tərəfindən səsləndirilən rəsmi bəyanatlarla bağlı narahatlığını dilə gətirdi. Bu bəyanatlarda Metsamot AES-ə vura biləcəklərini qeyd etdilər. O AES-ə zərbə vuracağının nəticılərinin yaxşı biləcəyini vurğulayıb. Bu bəyanatı terror aktının niyyəti kimi qiymətləndirmək olar. Sargsyan Metsamorun vurulması təqdirdə yalnız Ermənistan deyil, Azərbaycan, Türkiyə, Gürcüstan və Yaxın Şərqin də zərər çəkəcəyini qeyd edib.

“Ölkələr, qonşular arasında problemlər olsa belə nüvə məsələsində atəşlə oynamaq olmaz”,-Sargsyan vurğualyıb.

Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrə beynəlxalq ictimaiyyətin reaksiyasına gəlincə isə, Sargsyan qeyd etdi ki, ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən reaksiyalar olub, lakin Tavuş hadisələri çox ciddi narahatlıqların olduğunu göstərdi.

Armen Sargsyan Türkiyənin Azərbaycana göstərdiyi dəsətəyinə dair isə, qeyd edib ki, Türkiyə Ermənistana qarşı beynəlxalq münasibətlərə uyğun olmayan ifadələr edir və beləliklə, 105 il əvvəl olduqlarını davam etdirmək niyyətində olduğunu göstərir.

Daha çox göstər
Back to top button