ArtsaxBaşlıca

Artsax Prezidenti: Livan ermənilərini evlərimizdə qəbul etməyə hazırıq

Artsax Respublikası Prezidenti Arayik Harutyunyan avqustun 10-da Livan ermənilərinə göstərilən dəsətyə həsr olunmuş işgüzar məsləhətləşmə keçirib.

Prezident administrasiyasından verilən məlumata görə, Arayik Harutyunyan qeyd edib ki, Beyrutda baş verən faciə ilə bağlı Livandakı erməni icmasına yardım göndərmə işlərini təşkil etmək üçün işçi qrupu yaradılıb.

Prezident xatırlatdı ki, “Artsax xalqından Livana” xüsusi uçuşla humanitar yardım təyyarəsi gösdərilmişdir və bu davamlı olacaqdır.

O həmçinin qeyd edib ki, Livanın erməni icmasına birbaşa maliyyə dəstəyi də göstəriləcək və Artsaxlıları təşkil ediləcək vəsait toplamada iştirak etməyə çağırıb. Maliyyə vasitələri hökumətin ehtiyat fondundan da veriləcəkdir.

Prezident vurğulayıb ki, Respublikanın mənzil fondunun məhdud imkanlarına baxmayaraq, Artsaxda yaşamaq istəyən bütün Livan ermənilərə şəraitlər yaradmaq üçün əlindən gələni ediləcəkdir. “Bildirirəm ki, azad mənzil fondu olmasa belə, bütün soydaşlarımızı evimizdə də qəbul etməyə hazırıq”,-Harutyunyan vurğulayıb.

Daha çox göstər
Back to top button