BaşlıcaSiyasət

Azərbaycanda koronavirusa yoluxanların sayı 33 647-yə yüksəlib

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 79 yeni fakt qeydə alınıb. Bununla yanaşı, 278 nəfər sağalıb və 2 nəfər vəfat edib. Bu barədə avqustun 10-da Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.

Yoluxmuşların ümumi sayı 33 647 nəfər təşkil edib, onlardan 30 642 nəfəri sağalıb və 492 nəfər dünyasını dəyişib. Hazırda koronavirus xəstələrinin sayı 2 513 nəfərdir. Bir sutka 5 015 test, pandemiyanın əvvəlindən isə 790 141 test keçirilib.

Daha çox göstər
Back to top button