Münaqişənin səviyyəsi əslində bir çox cəhətdən artmışdır. Bu iki xalq, Azərbaycan və Ermənistan üçün də itkidir. Bunu Armnews televiziyasına müsahibədə ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Con Bolton bildirib.
Con Bolton Ermənistana səfər zamanı ER Baş nazirinin DQ məsələsində qəti qərar vermək üçün yaxşı mövqelərdə olduğuna dair sözlərini də açıqlayıb.
“Mən demokratik ictimaiyyətdə yaşama faktını və yeni liderin olmasını qeyd etmişəm, çünki bu elə bir vaxtdır ki, beynəlxalq münaqişələri və xüsusilə də çıxmaz vəziyyətdə olanları həll etmə imkanı yaranır. İlk görüşlərdə bəzi ümidverən hallar oldu, lakin səfərimdən sonra bir il ərzində bu işləmədi və münaqişənin səviyyəsi əslində bir çox cəhətdən artmışdır. Hesab edirəm ki, bu iki xalq, Azərbaycan və Ermənistan üçün itkidir”,-deyə Bolton qeyd etdi.
O həmçinin münaqişə həllinin çətin olduğunu başa düşdüyünü qeyd edib.
“Mən Qafqazı yalnız burada yaşayanlar üçün deyil, həmçinin ABŞ və bütün dünla üçün vacib sayıram. Bu əslində bəzi qonşularınıza görə çox təhlükəli bir mühitdir. İstərdim ki, ABŞ daha böyük diqqət yetirsin. Kaş ki, daha faydalı olsaydıq, ancaq bir böyük ölkənin əhatəsində üç kiçik ölkə var və iki problemlə dolu ölkə də cənubda var. Düşünürəm ki, ABŞ-ın mövcudluğu regional təhlükəsizliyi artırır, çünki biz coğrafi baxımdan məhdud deyilik”,-Bolton vurğuladı.