Başlıcaİctimaiyyət

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti bir ay müddətinə sentyabrın 11-i saat 17:00-dək uzadılıb.

Ermənistan hökumətinin bugünkü iclasında Baş nazir Nikol Paşinyan qeyd edib ki, fövqəladə vəziyyət rejimini daha bir və son dəfə uzatmağa məcburdurlar.

Hökumət ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin bir ay müddətinə uzadılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, Ermənistandan fövqəladə vəziyyət rejiminin müddəti bu gün başa çatırdı.

Daha çox göstər
Back to top button