Başlıcaİctimaiyyət

İvanovoda azərbaycanlı 9 yaşlı qızı zorlayıb

Rusiyanın İvanovo şəhərində uşağa cinsi zorakılıqda şübhəli bilinən şəxs axtarılır. Xatırladaq ki, avqustun 8-də 13:15 rədərlərində İvanovun 1-ci Stremennaya küçəsinin 16/20 nömrəli evin yaxınlığında naməlum şəxs 9 yaşlı qıza qarşı seksual hərəkətlər edib.

İnfotekaa24 saytı yerli “Отдел новостей” qəzetinə istinadən məlumat verir ki, bu hadisə ilə əlaqədar İvanovo Regional Dumasındakı Liberal Demokrat fraksiyasının lideri Dmitri Şelyakin, Azərbaycan diasporunun nümayəndələrinə şübhəli bilinən Azərbaycan vətəndaşı Babayev Ruslan Arşad oğlunun tapılması üçün kömək istədi.

“Azərbaycan diasporunun nümayəndələrinə müraciət.

Avqustun 8-də İvanovo şəhərində bir cinayət baş verdi, mahiyyətinə görə iyrənc və bir şəxsin adına layiq olmayan – doqquz yaşlı rus qızı zorlayıb. Məlum oldu ki, bu cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü Babayev Ruslan Arşad oğlu olub.

İndi axtarışdadır. Bununla əlaqədar olaraq sizə bir xahişlə müraciət edirəm –  daxili əlaqələrini istifadə edərək, cinayətkarın yerini müəyyənləşdirin və bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarına məlumat verin.

Yardımınız olmadığı təqdirdə, ruslar tərəfindən diasporanın təcavüzkarın üstünü örtdüyü və ədalətdən qaçmasına kömək etdiyi barədə yanlış təəssürat yarana bilər. Bu amil etimad yaratmayacaq, ancaq millətlərarası münasibətlərə gərginlik əlavə edə bilər. Buna görə də, həmyerlinizin bu hərəkətlərinin mənfi nəticələrini minimuma endirmək üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm.

Hörmətlə, Dmitri Şelyakin, İvanovo Regional Dumasındakı LD fraksiyasının lideri”- deyə o öz Facebook səhifəsində yaızb.

Daha çox göstər
Back to top button