BaşlıcaSiyasət

Minasyan: “Türkiyə – Azərbaycan ATƏT-in Minsk Qrupunun səylərini devalvasiya etməyə çalışır”

Politoloq Narek Minasyan Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı “Sputnik Armeniya” nın efirində, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun verdiyi açıqlamasına toxunub hansı ki, Qarabağ münaqişəsinin  nizamlanması  gedişatıyla bağlı olub.

Politoloq Nareq Minasyanın sözlərinə görə, Türkiyə Xarici işlər naziri, göründüyü kimi Əliyevin bir ay əvvəl səsləndirdiyi  dəyərləndirmələri təkrar edib. Əlbəttə ki, reallığa uyğun olmayan fikirləri təkrarlayıb ki, onlar da  həqiqətlə qətiyyən uzlaşmır..

Minasyanın sözlərinə görə, bu cür açıqlamalarla Türkiyə və Azərbaycan tamamilə başqa məqsəd güdürlər, xüsusən də balansı dəyişdirməyə və ya məsələnin həllini başqa bir yerə keçirməyə çalışaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini devalvasiya etməyə çalışır və bununla da əsas məsələnin  nizamlanmasını digər  beynəlxalq platform dəyişmək  cəhdini edirlər.

“Heç kimə sirr deyil ki, Türkiyə ilə Azərbaycanın illər uzunu bir aydın məqsədi – Qarabağ münaqişəsinin həllində Türkiyənin rolunu artırmaq məqsədini güdür. Bu istiqamətdə  müxtəlif formatlarla  bəyanatlar eetməkdədirlər.

Türkiyə isə  eləcə də  konkret addımlar  atıb,bununla belə erməni tərəfi bu işdə Türkiyənin istənilən  roluna qarşıdır”- deyərək “Sputnik Armeniya” ilə  söhbətində politoloq qeyd edib.

Minasyan rəsmi Yerevan  tərəfindən dəfələrlə səsləndirdiyi mövqeyə istinad edir ki ona əsasən  Türkiyə 2016-cı ildə dördgünlük müharibə zamanı və 2020-ci ilin iyulunda eskalasiya zamanı Azərbaycana açıq şəkildə dəstək verən yeganə ölkədir.

“Bu şəkildə Türkiyə təbii olaraq Minsk Qrupunun məntiqinə qarşı hərəkət edir və  oxşar iş tərziylə münaqişənin nizamlanması üçün danışıqlar prosesini pozur”- deyərək Minasyan qeyd edib.

Xatırladaq ki, Çavuşoğlu yeni təyin olunmuş azərbaycanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bu sözləri söyləmişdi.

“Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş qərarlarına baxmayaraq, münaqişə həll yolu tapmır. ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişənin həlli üçün səmimi səy göstərmirlər”.

Çavuşoğlunun  bəyanatına ER Xarici işlər nazirliyinin sözçüsü Anna Nağdalyan da müraciət etdi. O vurğuladı ki, Türkiyə  bu tərzlə daha öz  bacarıqsızlığını ttəzahür edir.

Daha çox göstər
Back to top button