BaşlıcaSiyasət

Onik Gasparyan Artsaxdadır: O,cəbhə bölgəsini ziyarət etdi

Calal Harutyunyanın müşayiəti ilə Onik Gasparyan Şərq istiqamətində bir sıra hərbi obyektləri ziyarət etdi.

“SputnikArmeniya”-nın verdiyi məlumata görə,Artsax Müdafiə nazirliyindən   bildirilib ki, avqustun 11-də Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyanın başçılıq etdiyi ER Silahlı qüvvələrinin Baş Qərargahının nümayəndə heyəti Artsaxa səfər edib.

Artsax Müdafiə nazirliyi, Müdafiə Ordusunun komandanı, general-mayor Calal Harutyunyan ilə birlikdə Silahlı qüvvələrin Baş Qərargah rəisi Şərq istiqamətində bir sıra hərbi obyektləri ziyarət edib.

“Cəbhə bölgəsindəki yüksək rütbəli hərbçilər genişmiqyaslı istehkamı bərpa etdilər” –deyərək  məlumatda qeyd olunub.

Döyüşdə iştirak edən şəxsi heyətin yaşayış şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlərin gedişi ilə tanış oldular.

Müdafiə Ordusunun mühəndis hərbi hissələrindən birində yeni tip istehkam obyektlərinin struktur elementləri təqdim olundu.

İşgüzar səfər zamanı iki Ermənistan respublikasının müdafiə imkanları baxımından vacib olan geniş məsələlər müzakirə edilib.

 Начальник Генштаба ВС Армении Оник Гаспарян в сопровождении генерал-майора Джалала Арутюняна посетил ряд военных объектов (11 августа 2020).

Xatırladaq ki, iyunun 8-də ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunan Onik Qasparyan bir həftə sonra Artsaxa yola düşdü. İyunun 16-da Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Gasparyanı qəbul etmişdir.

Daha çox göstər
Back to top button