
ER Baş naziri və Prezident ötən ay Ermənistan-Azərbaycan sərhədindəki döyüş əməliyyatları mövzusunu müzakirə etdilər.
“SputnikArmeniya”nın verdiyi məlumata ğörə BMT Baş katibinin koronavirus şəraitlərində ümumi atəşkəsə çağırışına baxmayaraq, Ermənistanmümkün eskalasiyanı, belə desək, yatmış vəziyyətdə qarşılaya bilməzdi.
Belə bir fikri Baş nazir Nikol Paşinyan Prezident iqamətgahında Prezident Armen Sarkisyanla işgüzar görüşdə, iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi əməliyyatlar barədə danışarkən söyləyib.
“Tavuşda baş verənlər Azərbaycan tərəfindən Ermənistanın suveren ərazisinə olan açıq bir təcavüzü idi. Bununla belə demək olar ki, Azərbaycan rəhbərliyi tərəfindən illər uzunu hazırlanan təbliğat mifi ki, Azərbaycan ordusunun Ermənistan ordusu üzərində üstünlüyü var, tamamiylə çökdü.
“Bölgədə tamamilə yeni bir geosiyasi-hərbi-siyasi vəziyyət yaranır” – deyərək Paşinyan qeyd edib.
Onun sözlərinə görə, böyük hesabla bütün bunlar Ermənistanın Qarabağ məsələsində ənənəvi mövqeyini xeyli gücləndirir. Və bu ənənəvi mövqe Ermənistanın bütün hakimiyyəti və hökumətləri tərəfindən tamamilə qorunub saxlanılmışdır.
Qarabağ məsələsində hərbi həll yolu yoxdur, yalnız sülh yolu ilə həll edilə bilər. Başqa sözlə, Paşinyanın fikrincə, bu nəzərə alınması lazım olan bir reallıqdır.Yəni Paşinyanın qənaətincə, bu bir həqiqətdir ki, onunla hesaba oturmaq gərəkdir.
Baş nazir bir daha vurğuladı ki, Ermənistan Silahlı qüvvələri ölkəmizin ərazi bütövlüyünü və sərhədlərini müdafiə etməyə hazırdır.
Buna cavab olaraq Armen Sarkisyan Baş nazirlə Azərbaycanın etdiyi hücumun heç bir insani mənəvi izahat verə bilməyəcəyinə dair fikriylə həmrəydir.
“Yaxşı xatırlayıram. 1990-cı illərin əvvəllərində bir çox Avropa ölkələrində, o cümlədən NATO-da səfir olduğum zaman, bir çox diplomatlar və hərbi ekspertlər mənə deyirdilər ki, mübarizəniz əbəsdir. Siz kiçik ölkəsiniz, ordunuz yoxdur, Azərbaycansa nəhəng bir ordusu var, qonşu ölkənin dəstəyi var.
Həmin adamlar mənə bir neçə il sonra dedilər ki, Ermənistan Cənubi Qafqazda ən güclü ordusuna malikdir”-deyə Prezident qeyd edib.
Onun sözlərinə görə, Tavuşdakı hadisələr sübut etdi ki, Ermənistan Cənubi Qafqazda məğlub olunmaz ən güclü ordusuna malikdir.
Armen Sarkisyan, bu yaxınlarda Tavuşa baş çəkdiyini, sərhədyanı Çinariyə ziyarət etdiyini və xalqın əhval-ruhundan çox məmnun olduğunu bildirdi. Onun sözlərinə görə, xalq çox inamlı, enerjili, optimistliklə dolğun idi və nəinki təkcə kənd ağsaqqalları yox həm də balaca uşaqları eyhi ruhlu idilər.
Prezident hökumətə, şəxsən Baş nazirə, Müdafiə Nazirliyinə, orduya dəstəyini bildirdi.