BaşlıcaSiyasət

Əliyev Putinə zəng edib: Ermənistan-Azərbaycan sərhədindəki son hadisələri müzakirə olundu

Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər regional problemləri, o cümlədən cari il iyul ayında Ermənistanla Azərbaycanın dövlət sərhədində yaranmış gərgin vəziyyəti müzakirə etdi. Rusiya tərəfi gərginliyi artıra biləcək hər hansı bir hərəkəti istisna etməli olduğunu vurğuladı.

Telefon söhbəti zamanı Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.

İlham Əliyev Vladimir Putini Rusiyada COVİD-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.

Daha çox göstər
Back to top button