ArtsaxBaşlıca

Artsax Respublikasında fövqəladə vəziyyət rejimi uzadılıb

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyanın avqustun 12-də imzaladığı sərəncamına əsasən, respublikada 2020-ci il aprelin 12-də elan edilmiş fözvqəladə vəziyyət rejimi daha bir ayla sentyabrın 11-i saat 22-dək uzadılıb. Bu barədə Artsax Prezidenti administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Artsax Respublikasında fözqəladə vəziyyət rejimi elan etmək haqqında” sərəncamda daha iki önəmli dəyişiklik edilib.

Bundan sonra Artsax Respublikası vətəndaşlığı olmayan şəxslərin də Artsax Respublikasına girişinə icazə veriləcək, ancaq komandantın qərarları nəzərə alınmalıdır.

İctimai tədbirlərdə iştirak edənlərin maksimum sayına da yenidən baxıldı. Bu gündən etibarən əvvəlki 20-nin əvəzinə 40 nəfərə qədər iştirakçısı olan idman, mədəni, əyləncəli, şənlik və xatirə tədbirləri təşkil edilə bilər.

Daha çox göstər
Back to top button