BaşlıcaSiyasət

“Azərbaycan erməni xalqına qarşı istifadə ediləcək döyüşçülər toplayır”: Küveyt qəzeti

Küveytin nüfuzlu “Al-Siyasa” siyasi qəzeti avqustun 5-də Ermənistanla Azərbaycan sərhədində iyulda baş verən hadisələrə toxunub. Məqalədə qeyd olunur ki, “Azərbaycan erməni xalqına qarşı istifadə ediləcək döyüşçülər toplayır və Metasmor AES-i vurmaqla təhdid edir”.

ER-nın Küveytdəki səfirliyinin bəyanatında qeyd olunur ki, Azərbaycan təcavüzü, BMT Baş katibinin COVİD-19 ilə bağlı bütün dünyada atəşkəsin olmasına dair çağırışlarının və beynəlxalq hüququnun pozuntusudur. Qeyd olunub ki, Azərbaycan mülki əhalini hədəfə alıb və mülki infrastrukturları məhv etməklə təhdid edib. Hermes-900 və digər PUA-lardan istifadə edib, lakin erməni tərəfi bunları məhv edib.

Bəyanatda Azərbaycanın Ermənistan ərazilərinə olan ambissiyaları barədə də deyilir. Həmçinin vurğulanıb ki, Bakı ermənilərlə olan konflikti başqa ölkələrə ixrac etmək niyyədindədir və Suriyadan döyüşçüləri toplmağa cəhd edir. Məqalədə Azərbaycanın Türkiyə ilə keçirilən genişmiqyaslı və təxribatçı hərbi təlimlərinə də toxunulub.

Qeud olunub ki, Bakı Dağlıq Qarabağ məsələsinin nizamlanmasına yönəlmiş danışıqları mənasız hesab etdiyini və məsələni hərbi yolla həll etməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, ermənilərə qarşı nifrət və düşmənçilik bu ölkənin siyasətinin təməli təşkil edir, çünki xarici düşmənin olması Azərbaycan rəhbərliyinə ictimai narazılığından diqqət yayındırmaq imkanı yaradır.

Məqalədə Ermənistanın sülh danışıqlarını davam etdirməyə hazır olduğu vurğulanır və beynəlxalq ictimaiyyəti ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə çağırılır.

Daha çox göstər
Back to top button