Başlıcaİctimaiyyət

Ermənistanda daha 229 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 229 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 023-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 809-a çatıb. İndiyədək 33 897 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 6 079 aktiv koronavirus xəstəsi var. İndiyədək 180 497 test aparılıb.

Daha çox göstər
Back to top button