Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusdan ölənlərin sayı 500 nəfərə çatdı

Avqustun 13-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək Azərbaycanda ümumilikdə 33 915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, 2 146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7520, ötən müddət ərzində isə ümumilikdə 812 033 test aparılıb.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button