
“SputnikArmeniya”nın verdiyi məlumata görə,ER Respublikasının Müdafiə nazirliyi Azərbaycan silahlı qüvvələrinin Ermənistan Silahlı Qüvvələrinin bir pilotsuz təyyarəsini vurması barədə məlumatı təkzib edir.
“Bu həqiqətə qətiyyən uyğun deyil, əgər məhv edilibsə vəd edirik təkzib etməyəcəyik”- deyərək Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Sputnik Armeniya” bildirib.
Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, güya Azərbaycan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhəddində Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin bir pilotsuz təyyarəsini məhv edib.