BaşlıcaTəhlil

400 ton hərbi yük Ermənistana bağışlanmadı: Bu Moskvanın Türkiyəyə cavabıdır

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimr Putin ilə telefon söhbəto ərzində son həftələr Rusiya tərəfindən Ermənistanana göndərilən hərbi təyinatlı yüklərin partiyası ilə baölı öz narahatlıqlarını bildirdi.

Bu barədə Azərbaycan prezidentinin Administrasiysının mətbuat xidməti məlmat verib. Mətbuat xidmətindən bildirilib ki, telüfön söhbəti İlham Əliyevin təşəbbüsü ilə keçirilib.

Kreml mətbuat xidməti də Putin-Əliyev telefon söhbəti barədə bəyanat verib. Lakin qeyd olunmayıb ki, silah tədarükü ilə bağlı məsələlər müzakirə olunub.

“Prezidentlər iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik kontekstində regional məsələləri müzakirə ediblər. Rusiya tərəfi qeyd etdi ki, vəziyyətin gərginləşməsinə səbəb olan hər hansı bir hərəkət yolverilməzdir”, -deyə bəyanatda qeyd olnub.

Politoloq Gariq Keryan hesab edir ki, bu Rusiyanın Türkiyə-Azərbaycan yaxınlaşmasına cavabıdır.

“Türkiyə tavuş hadisələri ilə bağlı çox tez cavab verib. Türkiyə prezidenti bəyan etdi ki, onlar hər hansı halda Azəbaycanı dəstəkləyəvəklər. O yenidən “iki dövlət, bir millət” konsepsiyasına sadiq olduqlarını bir daha xatırlatdı.

Bndan sonra Tavuşda ermənilərin daha qətiyyətli tədbirlər görməmələri üçün Ermənistana təzyiq etmək üçün Naxçıvanda Türkiyə hərbi mövcudluğunun genişləndirildiyi barədə məlmatlar olub”,- deyə o bildirdi.

Keryanın sözlərinə görə, ikinci vacib əməliyyat Türkiyə-Azərbaycan birgə təlimləri idi.

“Bunlar da güc göstəricisi idi. Təbii ki, bütün bunlar yalnız Ermənistana təzyiq deyil, eyni zamanda Rusiyaya güc göstəricisidir. Çünki Rusiya heç vaxt Cənubi Qafqaz bölgəsindəki Türkiyənin mövcudluğuna və ya Türkiyənin silah tətbiq etməsinə dözməyib. Bu həmişə Rusiyadan güclü reaksiya ilə qarşılaşıb.

Ermənistana silah-sursat gətirməsi demək deyildir ki, bunların Ermənistana verilir. Bu, sadəcə Rusiya hərbi bazasının gücləndirilməsi, həmçinin burada Rusiya silahlı qüvvələrinin zərbə potensialının gücləndirilməsi üçün edildi. Yəni, bu, Rusiyanın Türkiyə-Azərbaycan hərbi təlimlərinə və Türkiyənin Naxçıvanda hərbiləşdirilməsi istiqamətində atdığı addımlar.hərbiləşdirilməsi istiqamətində atdığı addımlara cavabı idi. Bu, Rusiyanın Türkiyənin bölgədə daha aktiv olmasına imkan verməyəcəyi barədə bir xəbərdarlıq idi”,- deyə politoloq vurğuladı.

Eyni zamanda politoloq vurğulayıb ki, təbii ki, Azərbaycan tərəfinin narahatlığı var, çünki silah-sursat naməlum istiqamətdə itirilmir, Ermənistanda toplanır.

“Əliyev Rusiyanın hərbi mövcudluğunun artırılmasından narahatdır. Bu telefon söhbətini şərh edərəkən yalnız Qarabağ münaqişəsini, Ermənistan-Azərbaycan münasibətlərini deyil, Türkiyə münasibətlərini, Rusiya-Türkiyə münasibətlərini nəzərə almaq lazımdır”,- deyə o vrğulayıb.

Daha çox göstər
Back to top button