
Müdafiə Ordusunun ön hərbi hissələri Azərbaycanın hücum fəaliyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər gördülər.
“SputnikArmeniya”nın verdiyi məlumata görə, Avqustun 9-dan 15-dək olan müddətdə Azərbaycan Artsax və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində atəşkəsi 300 dəfə pozub. Bu haqda Artsax Müdafiə nazirliyi məumatlandırıb.
“Rəqib tərəf erməni mövqelərinə müxtəlif çaplı atıcı silahlardan 6000-dən çox atəş açmışdır”-deyərək məlumatda bildirilir.
Rəqib tərəf hücum fəaliyyətinin qarşısını almaq üçün Müdafiə Ordusunun ön hərbi hissələri müvafiq tədbirlər görməli olub və döyüş mövqelərinin mühafizəsini inamlı şəkildə təşkil etmək üçün lazımi addımlar atmışdır.
Xatırladaq ki, ötən həftə, avqustun 2-dən 8-dək rəqib tərəf atəşkəs rejimini 300 dəfədən çox pozaraq, erməni mövqeləri istiqamətində 2800-ə yaxın atəş açmışdır.