BaşlıcaTəhlil

Azərbaycanın Rusiyadan aldığı silahın həcmini nəzərə alsaq, Əliyevin belə ağlayıb-sızlaması gülüncdür: Karen Vrtanesyan

“Bu, İlham Əliyev tərəfindən ağlayıb-sızlanmasıdır və bunun məqsədi Rusiya tərəfinə narazılığını bildirmək, növbəti dəfə Ermənistan-Rusiya əməkdaşlığına mane olmağa çalışmaqdır”- deyə “Aravot.am” ilə söhbətində, Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı Rusiyanın son həftələrdə Ermənistana 400 ton hərbi yük tədarük etməsindən narazılığını ifadə etdyinə toxunaraq “Razminfo” saytının redaktoru, hərbi ekspert Karen Vrtanesyan qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat verib ki, telefon danışığı İlham Əliyevin təşəbbüsüylə Ermənistana silah tədarükü məsələsini müzakirə etmək üçün baş verib. Kremlin mətbuat xidməti isə Putinlə Əliyev arasında telefon danışığı ilə bağlı bəyanat yayaraq, silah tədarükü ilə bağlı müzakirlər barədə məlumat verməyib.

Karen Vrtanesyan əmin etdi ki, İlham Əlinin bu cür narazılığı hərbi sahədə Ermənistan-Rusiya münasibətlərinə ciddi təsir göstərməyəcək.

“Əliyevin narazılığının yeni Azərbaycan-Rusiya silah müqaviləsi üçün siyasi əsas olması mümkündürmü?” suala cavab verərək Karen Vrtanesyan qeyd etdi: “Əvvəla, 400 ton, dürüst olsaq, böyük, nəhəng bir şey deyil. Bu, bir növ əməkdaşlıqdır, yeri gəlmişkən, belə bir əməkdaşlığın iyul döyüşləri ilə əlaqəli olduğu ilə bağlı heç bir şey iddia edə bilmərəm. Belkə də bağlıdır, belkə də yox. Bu şantajın bir formasıdır, məqsədi bonuslar toplamaqdır. Üstəlik, Azərbaycanın Rusiyadan aldığı silahların həcmini nəzərə alsaq belə bir ağlayıb-sızlaması gülüncdür”.

Daha çox göstər
Back to top button