
Avqustun 13-də ER Silahlı Qüvvələrinin başqa bir sülhməramlı briqadasının növbəti hərbi bölməsi Əfqanıstana yola düşdü. Bu haqda ER Müdafiə nazirliyinin mətbuat xidməti məlumat verir.
Erməni kontingenti hazırlıq kurslarında, yerləşdirmə öncəsi təlimlərdə iştirak edəcək, bundan sonra Beynəlxalq Təhlükəsizliyə Yardım qüvvələrinin tərkibində Əfqanıstanda sülhməramlı missiya həyata keçirəcəkdir.
“Erməni sülhməramlıları hər zaman Ermənistanın, erməni hərbiçilərinin şərəfini daima yüksək saxlamışlar.Missiyaları ərzində yüksək rütbəli komandirlər, habelə yüksək rütbəli xarici hərbçilər tərəfindən yüksək qiymətləndirilmişdir” – deyərək məlumatda bildirilir.