Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı artır

Avqustun 17-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumatı Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahın verib. Qərargahın məlmatına görə, ölkədə daha 2 ölüm hadisəsi qeydə alınıb.

İndiyədək Azərbaycanda ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 508nəfər vəfat edib, aktiv xəstə sayı 1 793 nəfərdir.

Daha çox göstər
Back to top button