BaşlıcaSiyasət

Azərbaycanın Gürcüstandakı səfiri vəzifəsindən geri çağırılıb

AzadlıqRadiosu xəbər verir ki, İlham Əliyev ölkənin Gürcüstandakı səfiri Dursun Həsənovu vəzifəsindən azad edib, səbəbləri açıqlanmayıb.

Prezident İlham Əliyev Faiq Maqbet oğlu Quliyevin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, 2016-cı ildən bəri Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə rəhbərlik edən Dursun Həsənov Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənovun qardaşıdır.

Daha çox göstər
Back to top button