Başlıcaİctimaiyyət

Ermənistanda daha 145 nəfər koronavirusa yoluxb

Ermənistanda daha 145 nəfərdə koronavirus aşkarlanıb, 327 nəfər sağalıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 846-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 832-ə çatıb. İndiyədək 34 982 nəfər infeksiyadan sağalıb.

İndiyədək 186 661 test aparılıb.

Daha çox göstər
Back to top button