BaşlıcaSiyasət

Rusiyada keçirilən təlimlərdə həm siyasi, həm də hərbi komponent var

KTMT üzv ölkələri Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan 17-20 avqustda hərbi təlimlər keçirəcəklər.
Təlimlərə Asrtaxanda Cənubi hərbi okruqunun komandirinin müavini Viktor Voronov rəhbərlik edir.

Təlimlərin məqsədi Qafqaz bölgəsindəki sərhəd münaqişəsinin lokalizasiyası üçün lazım olan maddi-texniki bazanı inkişaf etdirməkdir.

Siyasi-hərbi ekspert Mher Hakobyan “1.am”-a müsahibəsində keçirilən təlimlərin Ermənistana əlaqəli hər hansı bir konteksti olub-olmadığına toxunaraq qeyd etdi ki, bu məsələyə siyasi və hərbi tərəfindən baxmaq lazımdır.

“Hərbi baxımdan aydındır ki, KTMT üzv ölkələri həmişə belə təlimlər keçiriblər. Təlimlər məhz avqust ayında Astraxandakı poliqonunda keçirilib.

Rəsmi olaraq bildirilib ki, bu təlimlər hərbçilərin Qafqaz regionunda sərhəddə baş verən silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyat zamanı maddi-texniki təminat məsələlərini həll edə bilməsi üçün nəzərdə tutulub.

Təlimlərin keçirilməsində siyasi komponnenti odur ki, Tavuş döyüşlərindən sonra Rusiya tərəfi və KTMT göstərdiyi passivlikdən sonra, artıq itirilmiş mövqelərini geri qaytarmağa və özlərini xatırlatmağa çalışır. Passivlik nəticəsində üzünü itirərək, artıq itirilmiş mövqelərini geri qaytarmağa və özlərini xatırlatmağa çalışır”,- deyə o bildirib.

Onun sözlərində görə, bu əslində o qədər ciddi və vacib jest deyildir, çünki ən azı iki dəfə- 2016-cı ildə apreldə və 2020-də iyul ayında KTMT-nin passivliyinin şahidi olduq. Siyasi baxımdan KTMT öz üzünü xilas etməyə çalışır.

Siyasi baxımdan b təlimlərin Türkiyə qarşı bir addım olub-olmasdığna dair salını cavablandıran Mher Hakobyan qeyd etdi ki, əlbbətə ki, keçirilən təlimlərdə Türkiyəyə də mesaj var.

“Rusiya-Tükriyə münasibətləri çox cətindir və qlobal strateji rəqabət xarakteri daşıyır, lakin eyni zamanda bəzi taktiki müttəfiq elementlərə də malikdir.

Strateji baxımdan Türkiyə və Rusiya həm Qara dəniz bölgəsində, həm Aralıq dənizi sahillərində, həm Qafqazda, həm Yaxın Şərqdə və Liviyada qlobal rəqiblərdir, lakin taktiki səviyyədə tez-tez müəyyən məsələlərdə əməkdaşlıq edirlər.

Ərdoğanın Qərbə qarşı davranışının fonunda Rusiya təbii ki, Türkiyə ilə bəzi əməkdaşlıqdan faydalanır, xüsusən də bu NATO daxilində müəyyən parçalanma deməkdir. Lakin digər tərəfdən, Yaxın Şərqdə, Suriyada və qlobal əhəmiyyətli digər məsələlərdə maraq toqquşmaları olduqda Rusiya və Türkiyə açıq şəkildə rəqabət edirlər. Məsələn, S-400 sistemlərinin məşhur müqaviləsi bunun bariz sübutudur”,- Mher Hakobyan qeyd etdi.

Daha çox göstər
Back to top button