BaşlıcaSiyasət

Bu gün müharibə təhlükəsi çox böyükdür: ER üçüncü Prezidenti

ER üçüncü Prezidenti Serj Sarkisyan hesab edir ki, Aprel müharibəsi Dağlıq Qarabağ daışıqlar prosesiylə sıx bağlıdır, təəssüf ki, ya dalana girib və ya düşündüyü kimi getmir, beləliklə müharibə təhlükəsi artır. Bu barədə Sarkisyan bu gün istefasından sonra keçirilən ilk mətbuat konfransında, fövqəladə vəziyyət dövründə mətbuat konfransını niyə çağırdığına dair sualı cavablandırarkən bildirdi.

Aprelin 16-da ER Parlementinin İstintaq Komitəsinin iclasından əvvəl ER üçüncü Prezidenti jurnalistlərə fövqəladə vəziyyətin sona çatmasından dərhal sonra mətbuat konfransı çağıracağını və ilk iclasda aprel hadisələri ilə bağlı bütün sualları cavablandıracağını vəd etmişdir.

“Aprel dördgünlük döyüşləri xarici siyasətimizlə bağlıdır, buna görə də ölkəmizin ətrafında baş verən hadisələr son dərəcə təhlükəlidir. Bu gün müharibə təhlükəsi çox böyükdür”- deyə Sarkisyan qeyd etdi.

Onun sözlərinə görə, istər uzun, istərsə də qısa müddətdə hər bir hərbi əməliyyatı düzgün şəkildə araşdırmaq lazımdır. Sarkisyan qeyd edib ki, hərbi təlimlərdən sonra da çatışmazlıqlar və görüləsi işlər siyahısı hazırlanır ki, sonrakılarına daha yaxşı hazırlaşsınlar.

Sarkisyan  söylədi ki, bugünkü mətbuat konfransının səbəbi budur, həm də o əmin deyildir ki, fövqəladə vəziyyət yaxın gələcəkdə başa çatacaq.

Daha çox göstər
Back to top button