ArtsaxBaşlıca

Artsax Azərbaycan SQ mülki əhaliyə hücumlarının ən qətiyyətli şəkildə qarşısını almağa hazırdır

Artsax Xarici İşlər nazirliyi Azərbaycan Xarici işlər nazirliyinin açıqlamalarını şərh edib.

“Artsax Respublikasının Prezidenti Arayik Harutyunyanın sözlərini təhrif etmək, onları ümumi kontekstdən ayırmaq cəhdini edən  Azərbaycan Xarici işlər nazirliyinin açıqlaması ilə əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edirik.

Artsax Respublikasının Prezidenti Azərbaycan tərəfinin müntəzəm olaraq səsləndirdiyi, o cümlədən ən yüksək səviyyədə Stepanakert və Artsaxın digər yaşayış məntəqələri üçün təhdidlərin yolverilməz olduğunu açıq şəkildə bildirdi.

Azərbaycanın hərbi-siyasi rəhbərliyi Artsaxdakı istənilən hədəfə zərbələr endirməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Xüsusən, Azərbaycanın Müdafiə naziri bir dəfə də raket qüvvələrinə Stepanakert və Artsaxın digər şəhərləri istiqamətində “dağıdıcı zərbələr endirməyə hazırlaşmağı” tapşırmışdı.

Maraqlıdır ki, Azərbaycan Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi  belə tədidləri  onunla doğruldur ki,güya Artsaxda  “mülki  sakinlr yoxdur yalnız hərbiçilər və sahələrdir”.

.Təcavüzə və hədə-qorxuya əsaslanan təcavüzkar siyasətini gizlətməyə çalışan Azərbaycan həqiqətləri saxtalaşdırmaq və beynəlxalq ictimaiyyəti bilərəkdən yanlış məlumat verməklə öz addımlarını və səbəblərini erməni tərəfinə aid etməyə çalışır.

Ermənistan və Artsaxın mülki infrastrukturunun strateji obyektlərinin və yaşayış məntəqələrinin məhv edilməsi ilə təhdid edən Yerevan və ya Stepanakert deyil.

Ermənistanın Metsamor atom elektrik stansiyasına, Yerevan və Stepanakertə raket atması, Artsaxa uçan mülki təyyarələri vurması, habelə çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər barədə rəsmi açıqlamaları ilə Azərbaycan terrorizm metodlarından istifadə etməkdən çəkinmədiyini göstərir.

Artsax Respublikası Azərbaycan silahlı qüvvələrinin mülki əhaliyə hücum cəhdlərinin qətiyyətlio şəkidə qarşısını almağa hazırdır. Gandzak şəhərinin hərbi  hava lmanı və Azərbaycan tərəfinin Artsax yaşayış məntəqələrinə hücum etmək üçün istifadə etməyə çalışacağı Artsax Respublikasının Müdafiə ordusu üçün qanuni hədəf olacaqdır.

Artsax Respublikası Prezidentinin bəyanatı təhdid və terror yolu ilə siyasi qazanc əldə etmək cəhdinin mümkünsüzlüyü barədə xəbərdarlıq edir. Azərbaycan-Qarabağ münaqişəsinin hərbi həlli yoxdur.

“Başqa bir müharibəni təhrik etmək cəhdləri bütün bölgə üçün mütləq faciəli nəticələrə səbəb olacaqdır”-deyərək Artsax Xarici işlər nazirliyinin şərhində  qeyd edilib.

Daha çox göstər
Back to top button