ArtsaxBaşlıca

Artsax Prezidenti Andranik Koçaryanı qəbul edib

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan avqustun 20-də Ermənistan Respublikasının Parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın sədri Andranik Koçaryanı qəbul edib.

Artsax Prezidentinin Aparatının Baş informasiya  idarəsindən verilən məlumata görə, Harutyunyan qeyd edib ki, vahid təhlükəsizlik sisteminin prinsiplərinə əsaslanaraq, iki erməni respublikasında ahəngdar, qarşılıqlı razılaşdırılmış siyasət yürütmək çox vacibdir. Prezident Harutyunyanın fikrincə, hüquq-mühafizə orqanlarında davamlı islahatların həyata keçirilməsi həyati tələbdir, bu mənada qanunverici orqanların fəal əməkdaşlığı mühüm rol oynayır.

Andranik Koçaryan səmimi qəbula görə prezidentə təşəkkür etdi, qeyd olunan məsələlərin düzgün həll olunması üçün lazımi iradə və hazırlığın olduğunu vurğuladı.

Daha çox göstər
Back to top button