Başlıcaİctimaiyyət

Azərbaycan koronavirusdan ölənlərin real sayını gizlədir: Ölkədə ölüm hadisələri 50% artıb

Azərbaycanda keçən ilə nisbətən ölüm hadisələri təxminən 50% artıb. Ancaq səlahiyyətlilər bu artması koronavirus pandemiyası ilə əlaqələndirməkdən imtina edirlər.

2020-ci ilin iyun ayında Azərbaycanda 6 203 ölüm hadisəsi qeydə alınıb, ancaq 2019-cu ilin iyun ayında bu göstərici 4055 idi.

“İnfoteka24” xəbər verir ki, “JAMnews”-un eksperti Toğrul Vəliyev “Facebook” səhifəsində yazıb ki, bu ilin iyununda “artıq” ölüm 2163 təşkil edib.

“TƏBİB-in verdiyi məlumata görə 2020-ci ilin iyun ayında COVID-19 xəstəliyi təsdiqlənmiş 150 nəfər vəfat edib”,- deyə o qeyd etdi.

Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, iyun ayında koronavirusdan 150 nəfər vədat edib.

Azərbaycanda ümumilikdə 34 744 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 201 sağalıb, 510 nəfər vəfat edib.

Ancaq rəsmi məlumatlar heç bir gevən vermir. Azərbaycanda dəfərlərlə xüsusi karantin rejimi pozulub. İyulun 14-də Bakıda keçirilən etiraz aksiyası bunun bariz nümunəsidir.

Mitinqdə təhlükəsizlik tədbirlərinə əməl edilməsini nəzərə alsaq, ölkədə koronavirusa yoluxanların sayında gözə çarpan artım müşahidə olunmalı idi.

Bundan əlavə, bölgədə, xüsusən Azərbaycanın aktiv ticarəti apardığı İranda epidemioloji vəziyyətin ağır olduğunu nəzərə alsaq bütün karantin dövründə 7 milyon əhalidən yalnız 35.000 nəfərin yoluxduğunu təsəvvür etmək çətindir.

Daha çox göstər
Back to top button