BaşlıcaBeynəlxalq

Human Rights Watch Azərbaycan hakimiyyətinin repressiylarını qınayıb

2020-ci il iyulun 14-də Bakıda keçirilən icazəsiz mitinqdən sonra Azərbaycan hakimiyyəti çox sayda müxalifət fəalını və liderini əsassız cinayət ittihamları ilə həbs edib․ “Turan”-a əsasən, bu barədə Human Rights Watch-un bəyanatında deyilir.

İyulun 14-də axşam saatlarında etiraz aksiyası iştirakçılarından kiçik bir qrup qısa müddətə parlament binasına daxil olub və polis tərəfindən saxlanılana qədər əmlaka ziyan vurub. Hakimiyyət bunun siyasi müxalifətin hökuməti zorla devirmək cəhdi olduğunu bəyan edib və sonrakı günlərdə onlarla fəalı həbs edib.

“Azərbaycanda son həbs dalğası yaxşı sınaqdan çıxarılmış siyasi motivli həbslər və məhkəmə təqibləri sxeminin ardınca gəlir və ölkənin ən qədim müxalifət partiyalarından birini məhv etmək təhlükəsi daşıyır”, deyə Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Qogiya bildirib. “Hakimiyyət repressiyalara dərhal son qoymalı, ədalətsiz həbs edilmiş şəxsləri azad etməli və hüquq-mühafizə orqanlarının əməllərini araşdırmalıdır”,

Həbslər prezident İlham Əliyevin ümummilli televiziyadakı çıxışında müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) zorakılığa təhrik etməkdə ittiham etməsindən, “satqın”, “düşmən” və “beşinci kolon” adlandırmasından, “onunla işi bitirmək” zərurətini qeyd etməsindən sonra baş verib.

Daha çox göstər
Back to top button