BaşlıcaSiyasət

Növbə Azərbaycan müdafiə nazirinindir

Serj Sargsyan dünən keşirdiyi mətbuat konfrasnda Azərbaycanda daxili vəziyyətə təsir gösətə bilən bəyanatlar verib.

“Lragir.am” xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Məmmədyarovun vəzifəsindən kənarlaşdırılması Əliyevin Tavuşdakı hadisələrdə diplomatik məğlubiyyətinin misilsiz etirafı oldu. Aprel müharibəsi üçün isə ölkənin müdafiə naziri cavab verəcək.

Azərbaycanın müdafiə naziri Aprel müharibəsini öz zəfəri kimi təqdim etməyə çalışır, amma onun fəaliyyəti o qədər nəticəsiz qaldı ki, bir an Ermənistanla sərhədin nəzarəti ordudan sərhəd qoşunlarına keçdi. Əliyev aprel məğlubiyyətini Həsənovla əlaqələndirə bilər və Sarkisyanın açıqlamaları bunun üçün sübutdur.

Serj Sargsyan bildirdi ki, “Əminsinizmi ki, Rusiya 2016-cı ildə bir gün hərbi əməliyyatları dayandıra bilər? Bəlkə də, azərbaycanlıları Qarabağ məsələsini güclə həll etmək iqtidarında olmadığına inandırmaq üçün hərbi əməliyyatlar 4 gün davam edib”.

O həmçinin qeyd etdi ki, Aprel müharibəsindən sonra vəziyyətin Azərbaycanın xeyrinə olmadı. Əliyev 2016-cı ilin oktyabrında beynəlxalq birliyin onu Qarabağın müstəqilliyini tanımağa məcbur etdiyini etiraf etdi.

Azərbaycanın məğlubiyyətindən biri də o idi ki, həmsədrlər və Ermənistan istintaq mexanizmlərinin yerləşdirilməsində israr ediblər. Əliyev Vyanada və Sankt-Peterburqda bununla razılaşmalı idi.

Serj Sargsyan onu da bildirdi ki, Ermənistan yeni atəşkəs sazişini imzalamağa razı deyildi, çünki bununıa Artsax münaqişənin tam tərəfi olmayacaqdı.

2016-cı ildə aprelin 5-ndə Moskvada Yuri Xaçaturovun iştirakı ilə görüşə toxunan keçmiş Prezident qeyd etdi ki, həmin görüşdən əvvəl, maksimum və minimum problemimizin nə olması barədə razılığa gəldik. Moskvada nə gizli, nə də açıq bir müqavilə imzalanmadı. Görüş zamanı razılaşma imzalanmadı və 1994-cü ildə imzalanmış saziş qüvvədə qaldı.

Bu cür açıqlamalardan sonra Azərbaycanın Müdafiə naziri Əliyevin Müdafiə Nazirliyinə xüsusi bir dəstə göndərməsini gözləmədən könüllü olaraq istefa verməlidir.

Daha çox göstər
Back to top button