BaşlıcaSiyasət

Azərbaycanın hakim elitasında bəzi proseslər gedir

Rəsmi Bakı Ankara ilə hərbi-siyasi birliyini nümayiş etdirərək, Ermənistana növbəti hərbi əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana dəstək olacağını görtərməyə çalışdı.

Lakin aydındır ki, İlha Əliyev hökumətdən bəzi ictimai narazılıqları yüngülləşdirmək üçün “islahatlar” fonu yaratmağa çalışır.

“Aravot” yazır ki, Azərbaycanın hakim elitasında bəzi proseslər gedir. Ötən həftə Azərbaycan KİV-ləri yazıb ki, Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxmasına qadağa qoyulub. Bu antikorrupsiya ilə bağlı cinayət işinin başlanması ilə əlaqədar ola bilər. Mediada həmçinin Elmar Məmmədyarovun istintaqın bir çox suallarına cavab verməli olacağı barədə məqalələr var.

Xatırladaq ki, Elmar Məmmədyarov ötən ay Azərbaycanın xarici işlər naziri vəzifəsindən azad edilmişdi. Onu Ceyhun Bayramov əvəzlədi.

Ötən həftə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov həbs olunub. Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

külli miqdarda pul mənimsəməkdə və büdcə vəsaitlərini israf etməkdə şübhəli bilinərək həbs olunduğu barədə də məlumat verilib. Dövlət Təhlükəsizliyi Xidməti maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfirinin əhəmiyyətli büdcə vəsaiti xərclədiyi və digər qanun pozuntularına yol verdiyinə dair əsaslı şübhələrin olduğunu söylədi. Faktla bağlı cinayət işi başlanıb.

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfirinin əhəmiyyətli büdcə vəsaiti xərclədiyi və digər qanun pozuntularına yol verdiyinə dair əsaslı şübhələrin olduğunu bildirdi.

Həsənov şübhəli şəxs qismində tutulub. O, avqustun 10-da Serbiya baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Bakıya gəldi və vətəninə qayıtdıqdan dərhal sonra həbs edildi. Həsənov keçmiş baş prokurordur. 2001-2013-cü illərdə Azərbaycanın Rumıniyadakı səfiri idi.

Bu konteksdə qeyd etmək lazımdır ki, son vaxtlarAzərbaycanın Xarici İşlər Nazirliyin bir qurp əməkdaşları da saxlanılıb.

Bu, əslində, 2019-cu ilin dekabr ayından bəri Azərbaycanda başlayan yüksək vəzifəli həbslərin davamıdır. məmurların növbəti seriyasıdır.

2019-cu ilin dekabr ayında Azərbyacan rayonularının birinin icra hakimiyyət başçısı həbs olunub. O, korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunurdu. Bu həbslər 2020-ci ildə də davam edib və ölkənin bir çox yüksək vəzifəli şəxsləri həbs olunub. Həbslər davame tməkdədir.

Xatırladaq ki, iyul ayında Azərbaycanın XİN əməkdaşları həbs olunub o vaxtkı xarici işlər naziri isə, Ermənistan-Azərbaycan dövlət sərhədindəki döyüşlərdən bir neçə gün sonra vəzifəsindən azad edildi.

Daha çox göstər
Back to top button