BaşlıcaSiyasət

ER SQ 4-cü və 5-ci hərbi hissələrində taktiki məşqlər keçirilib

Ermənistan Respublikası Silahlı Qüvvələrinin 4-cü və 5-ci hərbi hissələrində taktiki və təlim həyəcan siqnalı ilə məşqlər və artilleriya atəş idarəetmə məşqləri keçirilib. Bu barədə “Armenpress” ə ER Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müxtəlif taktiki vəziyyətlərdə qarşıya qoyulan vəzifələri yerinə yetirmək, peşəkar bacarıq və nəzəri bilikləri inkişaf etdirmək məqsədi ilə 4-cü hərbi hissənin N saylı hərbi hissəsinin çağırışçılarının iştirakı ilə taktiki məşq keçirildi. Bölmə komandirləri hərbi hissəsinin çağırışçılarına təhlükəsizlik qaydalarına riayət etmələrini tapşırıblar.

Hərbçilərin atəş bacarıqlarını və praktik qabiliyyətlərini artırmaq üçün avqustun 19-da 4-cü hərbi hissədə artilleriya atəş idarəetmə məşqləri keçirilib. Hərbçilər yüksək hazırlıq nümayiş etdirərək hədəf aşkarlanması və artilleriya atəşinə nəzarət üçün praktiki təlimlər keçiriblər.

Şəxsi heyətin döyüş hazırlığının səviyyəsini artırmaq üçün avqustun 19-da 5-ci hərbi hissənin N saylı hərbi hissəsində təlim həyəcanı səsləndirilib. Hərbçilər qarşılarına qoyulmuş tapşırıqları dəqiq yerinə yetirərək döyüş hesablamasına uyğun hərəkət ediblər.

Daha çox göstər
Back to top button