BaşlıcaSiyasət

Ermənistanla sərhədində olan “Aras” iqtisadi zonasında forum keçiriləcək

Yaxın vaxtlarda Avrasiya İqtisadi Birliyinin nümayəndələri İranın “Aras” azad iqtisadi zonasında iqtisadi forum təşkil edəcəklər. Bu barədə “Aras” azad ticarət zonasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Daha əvvəl, “Aras” iqtisadi zonasının icraçı direktoru Möhsen Nariman, İran Xarici İşlər Nazirliyinin diplomatik və iqtisadi məsləhətçisi Ğolamreza Ansari ilə görüşü zamanı qeyd etdi ki, təşkilatın bu il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrinin nümayəndə heyətlərini dəvət etmək üçün Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edir.

“İran, Avrasiya və Qafqaz ilə ticarət və iqtisadi imkanları inkişaf etdirmək üçün “Aras” Azad İqtisadi Zonasının imkanlarından istifadə edərək, bu il Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrin nümayəndə heyətlərinin “Aras”da olmaq üçün hazırlıq işlərinin aparılmasına qərar verildi”, -deyə d Möhsen Nariman bildirdi.

Görüş zamanı İran İslam Respublikası Xarici İşlər Nazirinin Diplomatiya və İqtisadi Məsələlər üzrə müavini Ğolamreza Ansari qeyd etdi ki, Avrasiya İqtisadi Birliyinin üzv ölkələrindən sadəcə Ermənistanın İranla quru sərhədi var.

“Bu çox vaaxibdir. Bu fürsətdən istifadə etməliyik. Bizim üçün böyük əhəmiyyət daşıyan İran-Ermənistan yolunu hamıya təqdim ediləcək”,- deyə diplomat vurğuladı.

Ansari İranın “Aras” azad iqtisadi zonasının və Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinin əməkdaşlığına da böyük əhəmiyyət verib.

” MDB və Avrasiya İqtisadi Birliyinə yeganə qapı olan “Aras” zonasının bütün mövcud potensial imkanlarından istifadə etmək lazımdır”,- deyə diplomat bildirdi.

Daha çox göstər
Back to top button