Azərbaycan tərəfi azmış adamı təxribatçı kimi təqdim edir, bu da dezinformasiyadır.
“SputnikArmeniya”nın verdiyi məlumata görə, ER Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirir ki, avqustun 22-də, saat 19:30 radələrində hərbi bazanı yoxlamağa gedən zabit Qurgen Alaverdyan çox əlverişsiz hava şəraiti səbəbindən çaşaraq azmışdır.
Qeyd edək ki, Azərbaycan Müdafiə nazirliyi bu gün “Azərbaycan silahlı qüvvələri ER Silahlı qüvvələrinin baş leytenantı Qurgen Albertyanı əsir götürdüyünü bəyan edib.
İnformasiyaya əsasən, avqustun 23-ü, saat 05:45 radələrində “ER Silahlı qüvvələrinin təxribatçı-kəşfiyyat qrupu Görənboy rayonu istiqamətində təxribat həyata keçirməyə cəhd göstərdi, lakin itkilər verərək geri çəkilibdir”.
“Azərbaycan Müdafiə nazirliyinin diverdiya barədə yaydığı məlumatlar dezinformasiyadır hansıyla ki, azmış adamı diversant olaraq qələmə verir”-deyərək Stepanyan öz Facebook səhifəsində yazıb.
ER Müdafiə nazirliyinin nümayəndəsinin sözlərinə görə, axtarış işləri aparılır.