
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Yerevan nümayəndəliyi müvafiq təsdiq aldıqda azmış zabit Gurgen Alaverdyanın hadisəsiylə bağlı müvafiq tədbirlər görəcəkdir. “Armenpress” ilə söhbətində bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin rabitə proqramlarının rəhbəri Zara Amatuni söyləyib. “Zabit Gurgen Alaverdyanın işi təsdiqləndikdə müvafiq prosedurlara uyğun tədbirlər görüləcək”- deyə Amatuni qeyd edib.
Ermənistan və Azərbaycan hakimiyyət orqanlarından təsdiq almaq prosedur zərurətidir, yalnız bundan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevan nümayəndəliyi prosedurda nəzərdə tutulmuş digər hərəkətləri həyata keçirə bilər.