BaşlıcaSiyasət

Ermənistan Türkiyənin kürəyində nəfəs alır: Doktrina dəyişir

Bölgə ölkələri siyasətlərinin istiqamətlərini dəyişdirir  və bu proses Ermənistan tərəfindən başlanığıc alıb. 2018-ci ilin Məxməri inqilabı Yerevanın qarşıya qoyulan vəzifələrin müstəqil, suveren həlli üçün müraciəti oldu.

 Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında “Türkiyənin dezsabitləşdirici və dezkonstruktiv  fəaliyyətini Yaxın Şərqdə və Avrasiya bölgəsində və Avropa bölgəsindəki tərəfdaşlarımızda ciddi narahatlıq doğurduğunu qeyd edib.

 Baş nazir deyib ki,ən vacib bəyanat, Ermənistan Respublikasının öz təhlükəsizliyini təmin etməyə qadir olmasıdır.

Ermənistanın öz təhlükəsizliyini suveren şəkildə təmin etməyə hazır olması uzun illərdir ”müstəqil ölkələrin” suveren maraqlarını nəzərə almadan dünya güclərinin yalançı rəqabəti üzərində qurulmuş regional status-kvonun əsaslarını sarsıtdı.

 Ermənistan öz müstəqilliyi ilə hesablaşmağa məcbur etdi və bölgə ölkələri öz siyasətlərini dəyişdirmək məcburiyyətində qaldılar.

İlk laraq dəyişən 2016-cı ilin aprel döyüşlərindən sonra praktikada bölgədəki təhlükəsizliyin qarantı olduğunu sübut etməli olan Rusiyanın münasibətiydi.

Bu Ermənistana silah tədarükü üzərinə təsir etdiyi kimi , həm də Azərbaycanı silahlandırmaqdan faktiki imtinaya təsir edirdi bununla da Bakı başqa yerlərdə sahiblər axtarmağa başladı.

Bu perestroykalar , eyni zamanda, Türkiyəni açıq şəkildə oynamağa vadar etdi və əslində Azərbaycanın cəlb olmasını elan etdi.

 Düzdür, Türkiyənin buna qadir olacağı bir həqiqət deyil – cəsarətli təlimlərə baxmayaraq, ekspertlər Türkiyənin NATO-nun razılığı olmadan Azərbaycanda rəsmi olaraq hərbi baza yarada bilməyəcəyini deyirlər. Rusiya isə bu prosesləri səssizcə müşahidə etməyəcəkdir.

Rusiya davamlı olaraq Türkiyəni geri çəkir, kəskin addımlar atmasına imkan vermir. Rusiya Xarici işlər naziri Sergey Lavrov “Trud”qəzetinə verdiyi müsahibədə qeyd edib ki,  Ermənistanın Azərbaycanla sərhəddəki “Azərbaycan boru kəmərlərindən 15 km” məsafədəki köhnə buraxılış məntəqəsini “bərpa etmək” qərarını verdiyini və bunun bəzi ölkələrin “doğruldulmayan reaksiyasına”səbəb olduğunu bildirdi.

Lavrov Moskvanın Türkiyənin addımlarını yaxından izlədiyini açıq şəkildə göstərir.

Suveren Ermənistan, Türkiyəyə açıq iddialar irəli sürmədən, daim onun kürəyindən nəfəs alır. Baxmayaraq ki, Əliyev, həqiqətən də, orduların birləşməsini və milli aktivlərin bölünməsini elan edərək Türkiyənin sədəqəsinə təslim olsa da, Ərdoğanın Əliyev naminə bütün dünyaya qarşı çıxması ehtimalı azdır.

“Cavab zərbəsi amilində “İsgəndərlər Bakıya və ya Gəncəyə çatacaqdılar. Və Azərbaycan rəhbərliyinin daxili siyasi planda necə müqavimət göstərə biləcəyi bəlli deyil”-deyərək bu günlərdə  Serj Sarkisyan qeyd edib.

Ermənistanın yeni təhlükəsizlik strategiyasında sanki bütün bu amillər nəzərə alınır.

Daha çox göstər
Back to top button