BaşlıcaSiyasət

ABŞ, COVID-19 ilə mübarizədə Ermənistana əlavə 1.4 milyon dollar yardım edir

Amerika Birləşmiş Ştatları Hökuməti, ABŞ Dövlət departamenti – Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAİD, USAİD) vasitəsi ilə Ermənistana COVID-19 ilə mübarizə aparmaq üçün əlavə olaraq 1.436.000 dollar yardım etmişdir.

 Bu barədə USAİD-in Ermənistan nümayəndəliyi məlumat yayıb.Bu haqda  Ermənistanda ABŞ Beynəlxalq İnkişaf agentliyi idarəsindən bildirilib.

“Ümumi baxımla ABŞ hökuməti 2020-ci ildə Ermənistana təcili yardım olaraq təxminən 4 milyon dollar yardım etmişdir.

 Birləşmiş Ştatlar Ermənistan hökuməti, beynəlxalq humanitar tərəfdaşlar və digər maraqlı tərəflərlə birlikdə investisiya üçün sahələri müəyyən etmək üçün işləməklə həyati yardım göstərir”-deyərək  informasiyada qeyd edilib.

Bu 1 milyon dollarlıq yeni qrant ilə USAID kənd təsərrüfatı və turizm sektorlarının iqtisadi cəhətdən yaxşılaşmasına və ehtiyaclarını post-koroner dünyanın reallıqlarına uyğunlaşdırmasına kömək edəcəkdir.

Dövlət Departamenti tərəfindən verilən əlavə 436 min dollar epidemiya səbəbindən daimi yaşayış yerlərinə qayıda bilməyən həssas miqrantların ehtiyaclarını ödəmək üçün ayrılacaqdır.

 Bu yardım sayəsində onların mənzil, yemək, habelə tibbi və sosial xidmətlərdən istifadə imkanları olacaqdır.

ABŞ-ın COVID-19-a yuxarıda göstərilən dəstəyindən əlavə, son 20 ildə Ermənistana 1.57 milyard dollardan çox sərmayə qoyulmuşdur ki, bunun da təqribən 106 milyon dolları səhiyyədədir.

“Amerika Birləşmiş Ştatları on illərdir ki, ikitərəfli səhiyyə sahəsinə yardımı ilə dünyanın ən böyük təminatçısıdır.”2009-cu ildən bu yana 100 milyard dollardan çox qlobal səhiyyə, 70 milyard dollara yaxın humanitar yardım ABŞ-ın səxavətli vergi ödəyicisi tərəfindən təmin edilmişdir”-bu barədə Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAİD) məlumatlandırıb.

Bu günə qədər Ermənistanda təxminən 43.000 nəfər koronavirusa yoluxmuş, 854 nəfər xəstəlikdən vəfat etmiş  və 36 mindən çox adamsa sağalmışdır.Hazırda ölkədə 5min 666 nəfər COVID-19 müalicəsi alır.

Daha çox göstər
Back to top button