Başlıcaİctimaiyyət
Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 35 mini, ölənlərin sayı 500-ü ötüb

Bazar ertəsi günü Azərbaycanda daha 152 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb․ Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.
Son rəqəmlərə əsasən, 111 nəfər sağalıb, 1 nəfər vəfat edib.
İndiyədək koronavirusa yoluxanların ümumi sayı 35.426 nəfərdir, koronavirusdan ölənlərin ümumi sayı isə 519-dur.
Ümumi olaraq, 33.104 nəfər koronavirusdan sağalıb.
Hazırda 1803 aktiv xəstə var. Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.
Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb.