BaşlıcaSiyasət

Ermənistan üçün acı bir sürpriz. Bakıda və Moskvada nələr müzakirə ediləcək?

Azərbaycan, Ermənistan Silahlı qüvvələrinin zabiti Gürgen Alaverdyanı, Ermənistan Müdafiə nazirliyinin verdiyi məlumata görə, çox əlverişsiz hava şəraiti  səbəbiylə bazalara yoxlanış  zamanı azmış təxribatçı olaraq təqdim edir.

Ermənistanın Silahlı qüvvələrinin təxribatını dəf edərkən ələ keçirildiyini bildirərək Qurgen Alaverdyanı təxribatçı kimi təqdim etməyə çalışması “ənənəvi” hiylədir. Bu yolla, Bakı əvvəlcə Tavuş hərbi əməliyyatlarından aldığı  şillədən sonra təbliğat sahəsində “bir balaca üz yeri”yaratmağa çalışır.

Buna paralel olaraq Azərbaycanın “məşhur” təxribatçılarının geri qaytarılacağı bir vəziyyət yaratmaq üçün “əbədi bir problemi”var.

Söhbət Karvaçarda diversion əməllər törədən və 17 yaşında bir vətəndaşı öldürən Əsgərov və Quliyev barəsindədir. Hazırda onlar Artsax Respublikasında azadlıqdan məhrum olunmuşlar.

Azərbaycan illərdir təxribatçılarını almağa çalışır. Ancaq bunlar adi təxribatçılar deyillər. Məsələn, polkovnik Dilham Əsgərov da Rusiya vətəndaşıdır.

Üstəlik, Rusiya Xarici işlər naziri Lavrov 2015-ci ilin yanvar ayında Əsgərovun Yerevanla müzakirə olunduğunu açıqladı.

Yerevan  müntəzəm olaraq bəyan edib ki, bu məsələni  Bakı Stepanakertlə müzakirə edə bilər.Bəs Lavrov  2015-ci ildə  kiminlə o məsələni müzakirə edib haçan ki, bəyan edirdi ki, Ermənistanla  danışır.?

Eyni zamanda, xatırlatmaq yerinə düşər ki, 2015-ci ilin yanvar ayı Ermənistan-Azərbaycan təmas xəttində çox qaynar keçdi və yanvarın ilk iki-üç həftəsində erməni tərəfi Azərbaycan təxribatları və onlarla təxribat nəticəsində onlarla itki verdi.

Əsgərovun Rusiya vətəndaşı olması,şübhəsiz ki,  Azərbaycanın xüsusi xidmət orqanları üçün sirr ola bilməzdi kimlərin ki, əməkdaşıydı .

 Üstəlik, Əsgərovun Dağıstanda xüsusi əməliyyatlarda, o cümlədən Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda iştirak etdiyi barədə məlumatlar var.

O ki, Bakı təxribatçılarını geri almağa çalışır, qeyd edək ki,  bu “şərəf” məsələsi deyil, baxmayaraq ki, Səfərov kimi onları da tərifləyəcəklərinə şübhə yoxdur. Belə ki, onlar adi qatil diversantlar deyilBakını hələ əsəbilik iynəsi üzərində saxlayır ki, adi olmayanlar erməni tərəfinin əllərindədir.

Məsələ burasındadır ki, Ermənistan Silahlı qüvvələrinin bir zabiti Azərbaycanın əlinə düşür və Moskva-Bakı təmasının müəyyən intensivliklə planlaşdırıldığı bir dövrdə dayandırılmış təxribatın iştirakçısı kimi təqdim olunur.

Xüsusilə, Rusiyanın Müdafiə naziri Şoyqu avqustun 25-də Bakıya, Azərbaycanın yeni Xarici işlər naziri Bayramov isə avqustun 26-da Moskvaya səfər edəcəkdir.

Bu ziyarətlərin fonunda erməni tərəfi üçün çox ağrılı bir sürpriz oldu: erməni zabiti azdı və Azərbaycanın əsirliyində peyda olundu.

Daha çox göstər
Back to top button